Çempionlar Liqasında İspaniya derbisi

Çempionlar Liqasında İspaniya derbisi
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
 
İki gün öncə “El Klasiko”da “Real”a məğlub olan və bununla da 39 oyunluq seriyası qırılan “Barselona” doğma meydanda La Liqadakı əsas rəqibi "Atletiko" ilə qarşılaşaq. Maraqlıdı ki, tərəflər arasındakı son 6 oyunun heç birində “Atleiko” qalib gələ bilməyib. Hər iki tərəfdən zədəli oyunçular olsa da, onların əsas heyət üzvləri olmaması vəziyyəti kritikləşdirmir.
 
Turnirin əsas favoritlərindən olan “Bavariya” isə 1/4 finalın ən zəifi sayılan “Benfika”nı sınağa çəkəcək. Iht 8 rəsmi görüşün hamısında qələbə qazanan portuqaliyalılar səfərdə süprizə imza atmaq niyyətindədi.
Çempionlar Liqası
2015/16 mövsümü
1/4 final (ilk oyunlar)
 
5 aprel
22.45 Barselona (İspaniya) - Atletiko (İspaniya)
Hakimlər: Feliks Brix, Mark Börş, Stefan Lupp, Marko Açmüller (Almaniya).
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (Almaniya).
Barselona. “Nou Kamp” stadionu.
 
22.45 Bavariya (Almaniya) - Benfika (Portuqaliya)
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkieviç, Radoslav Sieyka (Polşa).
Əlavə köməkçi hakimlər: Pavel Raçzkovski, Tomaş Musial (Polşa).
Münhen. “Allianz Arena”
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər