Çempionlar Liqasında ilk püşk atıldı

Çempionlar Liqasında ilk püşk atıldı

UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb.

Fanat.Az xəbər verir ki, tədbirdə ilkin təsnifat mərhələsinin yarımfinal cütləri müəyyənləşib.

Bu raundda Estoniya “Levadiya”sı İslandiyanın "Vikinqur" komandasına, San-Marinonun “La Fiorita” klubu isə Andorranın "İnter" (Eskaldes) kollektivinə rəqib olub.

Yarımfinal oyunları iyunun 21-də, final isə iyunun 21-də olacaq. Qarşılaşmalar İslandiyada baş tutacaq.

İlkin təsnifat mərhələsinin qalibi I təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibi hesab olunur. Bu raundun püşkatması isə iyunun 14-də reallaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər