Sabah UEFA Çempionlar Liqasında II turun oyunlarına start veriləcək. Fanat.az xəbər verir ki, E, F, G və H qruplarının oyunları sabah, A, B, C və D qruplarının qarşılaşmaları oktyabrın 2-də baş tutacaq.
Sabahkı oyunlar arasında ən maraqlılarından biri Londonda "Arsenal"la "Napoli" arasında keçiriləcək. İlk turda evdə "Bazel"ə yenilən "Çelsi" səfərdə "Styaua" ilə qarşılaşacaq. "Barselona" səfərdə "Seltik"i sınağa çəkəcək.
Oktyabrın 2-də "Qalatasaray" "Yuventus"un qonağı olacaq. "Cim-Bom" hazırda Roberto Mançini ilə danışıqlar aparır. Danışıqlar müsbət nəticələnsə Türkiyə klubunu İtaliya çempionu ilə oyuna italyan mütəxəssis çıxara bilər. Qrupun digər oyununda "Real" "Kopenhagen"i sınağa çəkəcək.
Günün maraqlı oyunlarından biri də İngiltərədə baş tutacaq. Həmin matçda "Mançester Siti" Çempionlar Liqasının son qalibi "Bavariya"nı qəbul edəcək.
Çempionlar Liqası
Qrup mərhələsi
II tur
1 oktyabr
E qrupu
23.45 Bazel (İsveçrə) - Şalke 04 (Almaniya)
21.45 Styaua (Rumıniya) - Çelsi (İngiltərə)
F qrupu
23.45 Borussiya D (Almaniya) - Olimpik M (Fransa)
23.45 Arsenal (İngiltərə) - Napoli (İtaliya)
G qrupu
21.00 Zenit (Rusiya) - Austria (Avstriya)
23.45 Portu (Porutuqaliya) - Atletiko (İspaniya)
H qrupu
23.45 Ayaks (Hollandiya) - Milan (İtaliya)
23.45 Seltik (Şotlandiya) - Barselona (İspaniya)
2 oktyabr
A qrupu
23.45 Şaxtyor (Ukrayna) - Mançester Yunayted (İngiltərə)
23.45 Bayer (Almaniya) - Real Sosyedad (İspaniya)
B qrupu
23.45 Yuventus (İtaliya) - Qalatasaray (Türkiyə)
23.45 Real (İspaniya) - Kopenhagen (Danimarka)
C qrupu
23.45 PSJ (Fransa) - Benfika (Portuqaliya)
23.45 Anderlext (Belçika) - Olimpiakos (Yunanıstan)
D qrupu
21.00 ÇSKA (Rusiya) - Viktoriya (Çexiya)
23.45 Mançester Siti (İngiltərə) - Bavariya (Almaniya)