Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulur

Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulur
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə 5 qarşılaşma keçiriləcək.
Azərbaycanlı futbol azarkeşlərinin diqqəti isə Avstriyaya yönələcək. Belə ki, Zalsburqda yerli “Austriya” ilə qardaş Türkiyənin “Fənərbaxça” klubu qarşılaşacaq. 
Matç Bakı vaxtı ilə saat 23:45-də start verəcək. 
Digər görüşlərdə isə APOEL “Maribor”la, “Molde” (Norveç) Legiya” ilə, “Ludoqorets” “Partizan”la, və “Seltik” “Elfsborq”la münasibətlərinə aydınlıq gətirəcək. 
Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 6-7-də keçiriləcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi (ilk oyunlar)
31 iyul
22:00. APOEL (Kipr) - “Maribor” (Sloveniya) 
22:00. “Molde” (Norveç) - “Legiya” (Polşa) 
22:30. “Ludoqorets” (Bolqarıstan) - “Partizan” (Serbiya) 
23:45. “Austriya” (Zalsburq, Avstriya) - “Fənərbaxça” (Türkiyə) 
23:45. “Seltik” (Şotlandiya) - “Elfsborq” (İsveç) 
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər