Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər
Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
 
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, namizədlər sırasında İngiltərənin "Çelsi" klubundan Kristian Pulişiç, Fransa PSJ-sindən Neymar, İspaniyanın "Real Madrid" komandasından Karlos Kazemiro və İngiltərə "Mançester Siti"sindən İlkay Gündoğan yer alıb. 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
 
Qeyd edək ki, yarımfinalda "Çelsi" "Real Madrid"lə, "Mançester Siti" isə PSJ ilə üz-üzə gələcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər