Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, bu ada "Bavariya"nın futbolçusu Robert Levandovski layiq görülüb. 32 yaşlı hücumçu "Çelsi"dən Olivier Jiru, "Real"dan Ferlan Mendi və "Mançester Siti"dən Joao Kanselonu qabaqlayıb.
Qeyd edək ki, Levandovski bu həftə 1/8 finalın ilk oyununda "Latsio"ya (4:1) qol vurmağı bacarıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər