Çempionlar Liqasında fırtına başlayır - PROQNOZ

Çempionlar Liqasında fırtına başlayır - PROQNOZ
Avrokuboklarda qış fasiləsi başa çatır. Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək və ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Fanat.az bugünki matçlarla bağlı maraqlı məlumatları və proqnozları təqdim edir.
"Çelsi" uğursuzluqları Parisdə unutdura biləcək?
Çempionlar Liqasında fırtına başlayır - PROQNOZ
23.45 PSJ (Fransa) - Çelsi (İngiltərə)
Proqnoz: 1 (1,55), ESK 1 ÜST (1,85).
Hakimlər: Karlos Velasko Karballo, Roberto Alonso, Xuan Yuste, Anxerl Nevado Rodriqes (İspaniya).
Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos Del Cerro (İspaniya).
Paris. "Park des Prinçes".
Oduqca yaxşı formada olan PSJ uğurlu mövsüm keçirir. Son 3 mövsümdə Fransa çempionu olan komanda ardıcıl 4-cü "qızıl"ın bir addımlığındadı. Belə ki, Paris təmsilçisi 26 turdan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Monako"nu 24 xal qabaqlayır.
"Çelsi"də isə vəziyyət fərqlidi. Ötən mövsüm İngiltərə çempionu olan komanda cari mövsümdə uğursuz çıxış edir. Bunun nəticəsidi ki, komanda 26 turdan sonra 33 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb və gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmamaq təhlükəsi ilə üzləşib. Ötən ilin sonlarında baş məşqçi Jozk Mourinyo istefaya göndərilib və komanda Quus Hiddinkə tapşırılıb.
PSJ Avropadakı həsrətinə son qoyaraq Çempionlar Liqasına sahib çıxmaq istəyir. "Çelsi" isə Premyer Liqada əlini çempionluqdan üzdüyündən Çempionlar Liqası komandanın son şansıdı. Həmçinin Quus Hiddink Avropanın bir nömrəli klub turnirinin qalibi olmaqla London klubundakı gələcəyini zəmanət altına ala bilər.
PSJ-nin heyətində heyətlə bağlı ciddi bir problem yoxdu. "Çelsi"də isə stoper problemi var. Kapitan Con Terri və Kurt Zouma zədəli olduğu üçün müdafiənin mərkəzində böhran yaranıb. Bundan başqa, "Çelsi"dən zədəli Radamel Falkao və cəzalı Nemanya Matiç meydana çıxmayacaq. 
* PSJ avrokuboklarda oynadığı son 37 ev matçında cəmi bir dəfə yenilib.
* Paris klubu Çempionlar Liqasının qrup mərhələsindən sonra oynadığı son 5 matçda qələbə qazana bilməyib.
* Bu mövsüm Çempionlar Liqasında keçirdiyi ev oyunlarında qol buraxmayan 3 klub var: PSJ, "Çelsi" və "Real".
* "Çelsi"dən Dieqo Kosta Çempionlar Liqasında oynadıtı 14 matçda cəmi 1 qol vurub (Makkabi Təl-Əviv).
* Bu mövsüm Çempionlar Liqasında cərimə zərbəsindən birbaşa qapıya 8 qol vurulub. Onlardan 4-nün müəllifi "Çelsi"li Villiandı.
* PSJ və "Çelsi" arasındakı son 6 matçda 4-ü heç-heçə başa çatıb (bir oyunda qalib penalti seriyasında müəyyənləşib və "Çelsi" qalib gəlib), birində "Çelsi", birində PSJ qalib gəlib.
Hər iki klub bu gecə meydana uğurlu nəticə üçün çıxacaq. PSJ cütün taleyinə ev oyununda aydınlıq gətirməyə çalışacaq. "Çelsi" isə səfər oyunundan sərfəli nəticə ilə dönmək istəyir. Proqnozsevərlər PSJ-nin qələbəsinə (1,55) pul qoyuluşu edə bilər. Həmçinin PSJ-nin 2 qoluna da (1,85) proqnoz vermək mümkündü.
Mümkün start heyətləri
PSJ: Kevin Trapp, Maksell, David Luiz, Tyaqo Silva, Qreqori van der Viel, Blayse Matuidi, Marko Verratti, Xavyer Pastore, Angel Di Maria, Lukas Moura, Zlatan İbrahimoviç.
Çelsi: Tibaut Kurtua, Baba Rahman, Hari Kahill, Branislav İvanoviç, Sezar Azpilikueta, Kesk Fabreqas, Con Obi Mikel, Eden Hazard, Oskar, Villian, Dieqo Kosta.
"Benfika"nı udan yeganə ru klubu
Çempionlar Liqasında fırtına başlayır - PROQNOZ
23.45 Benfika (Portuqaliya) - Zenit (Rusiya)
Proqnoz: 1X (1,22), "qol-qol" (1,85).
Hakimlər: Canluka Roççi, Elenito Di Leratore, Mauro Tonolini, Rikkardo Di Fiore (İtaliya).
Əlavə köməkçi hakimlər: Antonio Damato, Karmine Russo (İtaliya).
Lissbon. "Estadio da Luz".
"Benfika" və "Zenit" milli çempionatlarda fərqli nəticələrlə yadda qalır. "Benfika" Portuqaliya Premyer Liqasının 22 turunda 52 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. Son turda "Portu"ya yenilərək zirvəni əldən verən komanda çempionluq iddiasındadı. 
"Zenit" Çempionlar Liqasının qrup mərhələsində 5 qələbə qazanaraq ən çox xal toplayan 3 komandadan biri olmuşdu. Lakin komanda Rusiya Premyer Liqasında eyni uğuru təkrarlaya bilmir. Sank Peterburq təmsilçisi ilk dövrənin 18 turunda aktivinə cəmi 30 xal yazıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
"Benfika"nın heyətində iki itki var. Belə ki, Luisao ve Pedro Rebeko meydana çıxa bilməyəcək. "Zenit"də isə Viktor Faizulin, Vyaçeslav Malafeyev və Aleksandr Ryazantsevın zədəsi davam edir.
* "Benfika" 2011/12 mövsümündən sonra ilk dəfə qrupdan çıxmağa nail olub. Komanda 2011/12 mövsündə 1/4 finalda "Çelsi"yə yenilmişdi ("Çelsi" həmin mövsüm Çempionlar Liqasının qalibi olmuşdu).
* "Zenit" Portuqaliya klublarına qarşı oynadığı son 3 səfər matçında qələbə qazanıb.
* "Benfika" Çempionlar Liqasında oynadığı son 5 matçda qapısında qol görüb. Bu mövsüm Çempionlar Liqasında sadəcə "Astana" matçında qol buraxmayıblar.
* "Zenit" "Benfika"nı səfərdə məğlub etməyə nail olmuş yeganə rus komandasıdı. Bu ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində baş verib və Rusiya təmsilçisi səfərdə 2:0 hesablı qələbə qazanıb.
* "Benfika" və "Zenit" indiyədək 4 dəfə qarşılaşıb və bütün oyunlar Çempionlar Liqasında baş tutub. Bu oyunlarda "Zenit" 3, "Benfika" cəmi 1 qələbə qazanıb.
Azarkeşləri bu gecə Lissbondakı "Estadio da Luz" stadionunda maraqlı mübarizə gözləyir. "Benifka" ev oyununda uduzmaq istəmir. Son 2.5 ayda rəsmi oyun keçirməyən "Zenit" isə səfərdən sərfəli nəticə ilə dönmək istəyir. Pul qazanmaq istəyənlər 1X (1,22) və "qol-qol" (1,85) variantlarına proqnoz verə bilər.
Mümkün start heyətləri
Benfika: Julio Sezar, Eliseu, Jardel, Lisandro Lopes, Silvio, Nikolas Qaytan, Renato Sançes, Andre Almeyda, Pitsi, Jonas, Konstantinos Mitroglou.
Zenit: Yuri Lodigin, Domeniko Kriskito, Nikolas Lombaerts, Ezekuel Garay, Aleksandr Anyukov, Aksel Vitsel, Xavi Qarsia, Oleq Şatov, Danni, Halk, Artyom Dzyuba.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər