Çempionlar Liqasında dramatik qələbəyə sevindik

Çempionlar Liqasında dramatik qələbəyə sevindik

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının yeni mövsümə start verilib. Fanat.az xəbər verir ki, Azərbaycan klublarından ilk olaran "Azəryol" meydana çıxıb.

Təmsilçimiz evdə Fransanın "Nant" klubunu qəbul edib. İlk setdə qalib 25:17 hesabı ilə qalib gələn "Azəryol" növbəti iki setdə eyni hesabla uduzub - 18:25. Lakin Bakı klubu məğlubiyyətlə razılaşmayıb. 4-cü setdə 25:16 hesabına sevinən "Azəryol" tay-brekdə də qalib gələn tərəf olub - 20:18. Yekun nəticədə təmsilçimiz 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Bakı klubunun yer aldığı qrupun digər matçında Rumıniya çempionu “Ştiinta” Türkiyə “Fənərbaxça”sı ilə görüşəcək.

Çempionlar Liqası

B qrupu, I tur

12 noyabr

Azəryol (Azərbaycan) - Nant (Fransa) 3:2 (25:17; 18:25; 18:25; 25:16; 20:18)

Hakimlər: Yuri Bakunoviç (Belarus), Yevgeni Makşanov (Rusiya).

Bakı. Voleybol Mərkəzi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər