Çempionlar Liqasında daha iki oyun - PROQNOZ

Çempionlar Liqasında daha iki oyun - PROQNOZ
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Son oyun günündə daha iki qarşılaşma baş tutacaq. Fanat.az oyunlarla bağlı maraqlı məlumatları və proqnozları təqdim edir.
"Dinamo" sürpriz edə biləcək?
Çempionlar Liqasında daha iki oyun - PROQNOZ
23.45 Dinamo (Kiyev, Ukrayna) - Mançester Siti (İngiltərə)
Proqnoz: 2 (1,95), "qol-qol" (1,65), "üst" (1,85).
Hakimlər: Antonio Mateu Lahoz, Pau Kebrian Devis, Roberto del Palomar, Raul Kabanero (İspaniya).
Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos Qomes (İspaniya).
Kiyev. Olimpiya stadionu.
Hər iki komanda milli çempionatlarında çempionluq iddiasındadı. "Dinamo" Ukrayna çempionatının 16 turunda 43 xal toplayıb və "Şaxtyor"la 1-2-ci pillələri bölüşür. Kiyev klubu ötən mövsüm qazandığı çempionluq titulunu qorumağa çalışır.
"Mançester Siti" isə bir müddət Premyer Liqanın turnir cədvəlinə başçılıq etsə də, hazırda 4-cü pillədə qərarlaşıb. Aktivinə 47 xal yazan komanda mövsümün sürprizi hesab olunan lider "Leyçester"dən 6 xal geri qalır. "Şəhərlilər" sonuncu dəfə 2013/14 mövsümündə çempion olub.
"Dinamo" indiyədək Avropada 3 kubok qazana bilib. Hər üç uğur SSRİ dövründə qeydə alınıb. Kiyev klubu 1974/75 və 1985/86 mövsümlərində Kuboklar Kubokuna, 1975-ci ildə UEFA Super Kubokuna sahib çıxıb. Beləliklə, "Dinamo"nun beynəlxalq arenadakı son uğurundan 30 il keçir.
"Mançester Siti" isə Avropa miqyasında cəmi bir rəsmi turnirin qalibi olub. Belə ki, komanda 1969/70 mövsümündə Kuboklar Kubokunu muzeyinə aparıb. Həmn uğurdan isə artıq 46 il ötür.
Hər iki komandanın heyətində itkilər var. "Dinamo"da sarı vərəqə cəzalısı olan Vitorino Antunes kənarda qalacaq. "Mançester Siti"də isə Samir Nasri, Kevin De Bruyne, Xesus Navas, Fabian Delp, Eliaquim Manqala və Vilfried Boni zədə səbəbindən oynaya bilməyəcək.
MARAQLI MƏQAMLAR
* Serxio Aquero Çempionlar Liqasında oynadığı son 16 matçda 15 qol vurub.
* Bu mövsüm Çempionlar Liqasındakı ən yaşlı komanda "Mançester Siti"di (orta hesabla 29 yaş).
* Raheem Sterlinq ötən mövsüm "Liverpul"un heyətində Çempionlar Liqasında qol vura bilməmişdi. Bu mövsüm isə "Mançester Siti" ilə meydana çıxdığı 6 oyunda 3 dəfə fərqlənib.
* Bu mövsüm Çempionlar Liqasında oyunların son 15 dəqiqəsində ən çox qol vuran komanda "Mançester Siti" olub (5 qol).
* Bu mövsüm Çempionlar Liqasında ən çox qayda pozan klub "Dinamo" olub (106 dəfə).
* Komandalar sonuncu dəfə Avropa Liqasının 2010/11 mövsüsündə qarşılaşıb. 1/8 final mərhələsində baş tutan oyunların qalibi "Dinamo" olmuşdu. Evdə 2:0 hesablı qələbə qazanan Kiyev klubu səfərdə yenilsə də, mərhələ adlamışdı (0:1).
Ukraynanın meydança və iqlim şərtləri avropalılar üçün çətin olsa da, oyunun və cütün favoriti "Mançester Siti"di. İngiltərə təmsilçisi işini şansa saxlamayacaq və bu gecə meydandan istədiyi nəticə ilə ayrılmağa çalışacaq. Proqnozsevərlər oyunun 2 (1,95), "qol-qol" (1,65) və "üst" (1,85) varitantlarına pul qoyuluşu edə bilər.
Mümkün start heyətləri
Dinamo: Aleksandr Şovkovski, Yevgeni Makarenko, Aleksandr Draqoviç, Yevgeni Xaçeridi, Radosav Petroviç, Mikola Morozyuk, Sergey Sidorçuk, Denis Qarmaş, Andrey Yarmolenko, Derlis Qonzales, Lukaş Teodorçuk.
Mançester Siti: Co Hart, Qael Klişi, Nikolas Otamendi, Vinsent Kompani, Pablo Zabaleta, Fernando, Fernandinyo, David Silva, Yaya Ture, Raheem Sterlinq, Serxio Aquero.
"Atletiko" üçün asan yem?
Çempionlar Liqasında daha iki oyun - PROQNOZ
23.45 PSV (Hollandiya) - Atletiko (İspaniya)
Proqnoz: 2 (1,85), "alt" (1,40).
Hakimlər: Daniel Orsato, Lorenzo Manganelli, Rikkardo Di Fiore, Elenito Di Liberatore (İtaliya).
Əlavə köməkçi hakimlər: Paolo Valeri, Daniel Doveri (İtaliya).
Eyndhoven. Filips stadionu.
PSV ötən mövsüm qazandığı Hollandiya çempionu titulunu qorumaq iddiasındadı. Komanda Erediviziyanın 24 turunda 59 xal qazanaraq turnir cədvəlinə başçılıq edir və ən yaxın rəqibi olan "Ayaks"ı 1 xal qabaqlayır.
"Atletiko"nun çempionluq şansı az olsa da, iddiasını itirməyib. Madrid klubu La Liqanın 25 turundan sonra 55 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Barselona"dan 8 xal geri qalır. Madrid klubu 2013/14 mövsümündə İspaniya çempionu olaraq 18 illik həsrətə son qoymuşdu.
Avropada indiyədək iki kubok qazanmış PSV beynəlxalq arenada artıq 28 ildi uğura sahibdi. Belə ki, komanda 1987/88 mövsümündə hazırda Çempionlar Liqası adlanan turnirin qalibi olub. Eyndhoven təmsilçisi bundan 10 il öncə UEFA Kubokuna sahib çıxıb.
"Atletiko" rəqibinə nisbətən avrokuboklarda daha titullu klubdu. Madrid təmsilçisi indiyədək 2 dəfə Avropa Liqasının, 1 dəfə Kuboklar Kubokunun, 2 dəfə UEFA Super Kubokunun və 1 dəfə İntertoto Kubokunun qalibi olub. Sonuncu dəfə 2011/12 mövsümündə Avropa Liqasına sahib çıxan komanda həmin vaxtdan qitəmiqyaslı turnirlərdə utur əldə edə bilmir.
Hər iki komandanın heyətində itkilər var. PSV-də Luuk de Yonq sarı vərəqə limitini doldurduğu üçün bu gecə meydana çıxmayacaq. "Atletiko"da isə Tyaqo Mendes, Yannik Karrasko, Auqusto Fernandes və Tomas Partey zədəlidi.
MARAQLI MƏQAMLAR
* PSV bu mövsüm evində oynadığı hər 3 Çempionlar Liqası matçını qazanıb. Bu matçların hamısında komanda 2 qol vurub.
* PSV Çempionlar Liqasında oynadığı son 36 matçın heç birində 2-dən artıq qol vura bilməyib. Komanda sonuncu dəfə 2005-ci ildə turnirin yarımfinalı çərçivəsində baş tutan "Milan"la oyunda 3 qol vurub - 3:1.
* PSV İspaniya komandaları ilə Çempionlar Liqasında oynadığı 8 matçda qol buraxmayıb.
* PSV İspaniya komandaları ilə Çempionlar Liqasında oynadığı 8 matçdan cəmi birində qələbə qazanıb. Bu 2003-cü ildə baş verib və Eyndhoven təmsilçisi "Deportivo"nu yenib.
* Maksime Lestienne PSV-nin bu mövsüm Çempionlar Liqasında vurduğu qolların 50 faizinə öz imzasını qoyub (2 qol, 2 məhsuldar ötürmə).
* Komandalar sonuncu dəfə 2008/09 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində rəqib olub. "Atletiko" həmin vaxt hər iki oyunda rəqibindən üstün olub - 3:0, 2:1. Nəticədə Madrid klubu 12 xalla qrupda 2-ci, PSV 3 xalla sonuncu olub.
PSV öz meydanında çox təhlükəli rəqibdi, amma "Atletiko" avrokuboklarda ən az məğlubiyyət olan klublardan biridi. Çempionlar Liqasında onları ancaq "Real", "Barselona", "Bavariya" kimi rəqiblər dayandıra bilir. "Atletiko" bu gün meydanı məğlubiyyətsiz tərk edəcək. Proqnozsevərlər oyunun 2 (1,85) və "alt" (1,40) variantlarına pul qoyuluşu edə bilər.
Mümkün start heyətləri
PSV: Jeroen Zoet, Santyaqo Arias, Nikolas İsimat-Mirin, Ektor Moreno, Jetro Villems, Davi Propper, Jorrit Hendriks, Marko van Ginkel, Qaston Pereyro, Yurgen Lokadia, Florian Cozefzoon.
Ateltiko: Jan Oblak, Xuanfran, Stefan Savic, Dieqo Qodin, Filipe Luis, Qabi, Saul Niguez, Angel Korrea, Koke, Antoine Qriezmann, Fernando Torres.

Maraqlı kuponlar

Kupon 1

Oyun

Proqnoz

Dinamo - Mançester Siti

2

PSV - Atletiko

2

Kupon 2

Oyun

Proqnoz

Dinamo - Mançester Siti

q/q

PSV - Atletiko

Alt

Kupon 3

Oyun

Proqnoz

Dinamo - Mançester Siti

üst

PSV - Atletiko

QK 1.5 üst

Kupon 4

Oyun

Proqnoz

Dinamo - Mançester Siti

2

PSV - Atletiko

BH X

1/8 finalın digər oyunları:
PSJ (Fransa) - Çelsi (İngiltərə) 2:1
Benfika (Portuqaliya) - Zenit (Rusiya) 1:0
Gent (Belçika) - Volfsburq (Almaniya) 2:3
Roma (İtaliya) - Real (İspaniya) 0:2
Arsenal (İngiltərə) - Barselona (İspaniya) 0:2
Yuventus (İtaliya) - Bavariya (Almaniya) 2:2
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər