Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, bu gecə qitə arenalarında 11 oyun baş tutub və play-off mərhələsinə vəsiqə qazanan son 11 komanda müəyyənləşib.
Azərbaycan çempionu "Qarabağ" səfərdə meydana çıxıb və evdə 2:1 hesabı ilə yendiyi "Zalsburq"a yenilərək Avropa Liqasının play-off mərhələsinə düşüb - 0:2. Türkiyənin "Beşiktaş" klubu Hollandiya "Feyenoord"unu qəbul edib. Səfər 2:1 hesablı qələbə qazanan türklər evdə də sevinib - 3:1. Rusiyanın "Zenit" klubu səfərdə 0:1 hesabı ilə yenildiyi AEL-i evdə darmadağın edib - 3:0.
"Zalsburq", "Beşiktaş" və "Zenit"dən başqa, Cənubi Kiprin APOEL, İsveçin "Malmö", Slovakiyanın "Slovan", Rumıniyanın "Styaua", Polşanın "Legiya", (Danimarka), Bolqarıstanın "Ludoqorets", Danimarkanın "Kopenhagen" və "Olborq" klubları "play-off"a çıxıb.(Bolqarıstan) 2:2
Qeyd edək ki, ilk oyun günündə BATE (Belarus), "Standard" (Belçik), "Maribor" (Sloveniya) və "Lill" (Fransa) play-off mərhələsinə vəsiqə qazanmışdı.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
5 avqust
BATE (Belarus) - Debretsen (Macarıstan) 3:1
Qollar: Aleksandr Volodko, 39. Vitali Rodionov, 66. Sergey Krivets, 90+4 - İbrahim Sidibe, 20-pen.
İlk oyun - 0:1.
Panatinaikos (Yunanıstan) - Standard (Belçika) 1:2
Qollar: Dino Arslanaqiç, 17-pen - Yaniş Mbombo, 36. Paul-Jose Mpoku, 42.
İlk oyun - 0:0.
Makkabi (Təl-Əviv, İsrail) - Maribor (Slovaniya) 2:2
Qollar: Tal Ben Haim, 42. Eden Ben Basat, 54 - Agim İbraimi, 36; 56.
İlk oyun - 0:1.
Lill (Fransa) - Qrasshoppers (İsveçrə) 1:1
Qollar: Florent Balmont, 19 - Amir Abraşi, 33.
İlk oyun - 2:0.
6 avqust
Zenit (Rusiya) - AEL (Cənubi Kipr) 3:0
Qollar: Jose Rondon, 55. Danni, 88. Aleksandr Kerjakov, 90+2-pen.
İlk oyun - 0:1
APOEL (Cənubi Kipr) - HİK (Finlandiya) 2:0
Qollar: Killian Şeridan, 17. Tomas De Vinsent, 43-pen.
İlk oyun - 2:2
Malmö (İsveç) - Sparta (Çexiya) 2:0
Qollar: Markus Rosenberq, 35; 55.
İlk oyun - 2:4
Şerif (Moldova) - Slovan (Slovakiya) 0:0
İlk oyun - 1:2
Beşiktaş (Türkiyə) - Feyenoord (Hollandiya) 3:1
Qollar: Demba Ba, 28; 80; 86 - Elvis Manu, 74.
İlk oyun - 2:1
Styaua (Rumıniya) - Aktobe (Qazaxıstan) 2:1
Qollar: Aleksandru Kipkiu, 3. Nikolae Stanki, 39 - Timur Kapadze, 85.
İlk oyun - 2:2
Kopenhagen (Danimarka) - Dnepr (Ukrayna) 2:0
Qollar: Andreas Kornelius, 36. Başkim Kadri, 52.
İlk oyun - 0:0
Zalsburq (Avstriya) - Qarabağ (Azərbaycan) 2:0
Qollar: Martin Hinteregger, 18; 34.
İlk oyun - 2:1
Seltik (Şotlandiya) - Legiya (Polşa) 0:2
Qollar: Miçal Ziro, 36. Miçal Kuçarçik, 61.
İlk oyun - 1.4
Dinamo (Xorvatiya) - Olborq (Danimarka) 0:2
Qollar: Anders Yakobsen, 36; 85.
İlk oyun - 1:0
Partizan (Serbiya) - Ludoqorets (Bolqarıstan) 2:2
Qollar: Petar Skuletiç, 30; 35 - Marçelinyo, 19; 21.
İlk oyun - 0:0
Fanat.az