Cənubi Azərbaycanın paytaxtı Təbrizdən Azərbaycana dəstək gəlib. Fanat.az xəbər verir ki, son günlər cəbhədə baş verənlər cənubda yaşayan soydaşlarımızın diqqətindən kənarda qalmayıb.
Belə ki, "Traktorsazi" fanatları Asiya Çempionlar Liqasının "Paxtakor"la (Özbəkistan) oyununda “Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan, eybi yoxdu ölərəm mən, sən yaşa Azərbaycan” şüarını səsləndiriblər.
Qeyd edək ki, “Traktor sazi” - "Paxtakor" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Fanat.az