Çempionlar Liqasında 20 qol həddinə çatan 5-ci afrikalı

Çempionlar Liqasında 20 qol həddinə çatan 5-ci afrikalı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan Almaniyanın “Leypsiq” komandası ilə oyun “Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan bu matçda komandasının yeganə qoluna imza atmaqla ÇL-də 20-ci dəfə fərqlənib.

Nəticədə əlcəzairli oyunçu qitənin ən nüfuzlu klub turnirində 20 qol həddinə çatan 5-ci afrikalı olub.

Xatırladaq ki, bu siyahıya Məhəmməd Salah və Didye Droqba (44 qol) şərikli liderlik edirlər. Samuel Eto (30) üçüncü, Sadio Mane (27) isə dördüncü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər