Çempionlar Liqasının "Barselona" - "Atletiko" matçı hər iki komanda üçün uğursuz başlayıb. Fanat.az xəbər verir ki, İspaniya derbisinin iştirakçıları aparıcı üzvlərini itiriblər.
Qarşılaşmanın 8-ci dəqiqəsində "Barselona"dan Cerard Pike hava mübarizəsindən sonra yerdə qalıb və bir müddət qalxa bilməyib. Oyuna davam etməyə çalışan futbolçu 12-ci dəqiqədə özünü yerə atıb və matçı davam etdirə bildməyib. Onu Mark Bartra əvəzləyib.
"Atletiko"dan isə Dieqo Kosta 28-ci dəqiqədə zədə alıb. Həkimlərin müayinəsindən sonra risk etməmək qərara alınıb və onun əvəzinə Dieqo meydana çıxıb.
Fanat.az