Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi start götürdü

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi start götürdü

UEFA Çempionlar Liqasında I təsnifat mərhləsinə start verilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri üz-üzə gəliblər.

“Hamrun” komandası Maltada Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib. "Linkoln" səfərdə qalib gəlib.

Cavab görüşü iyulun 16-da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.

Çempionlar Liqası 1-ci təsnifat mərhələsi, ilk oyunlar 9 iyul

Panevejis (Litva) - HİK (Finlandiya) 3:0 Hamrun (Malta) - Linkoln (Cəbəllütariq) 0:1 Nyu-Sents (Uels) - Deçiç (Monteneqro) 3:0 Santa-Koloma (Andorra) - Balkani (Kosovo) 1:2 Vikinqur Reykyavik (İslandiya) - Şemrok Rovers (İrlandiya) 0:0 Virtus (San Marino) - Styaua (Rumıniya) 1:7  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər