Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atıldı - YENİLƏNDİ

Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atıldı - YENİLƏNDİ

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.

Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olub.

1/4 finalın cütlükləri:

“Real Madrid” (İspaniya) - “Çelsi” (İngiltərə)

“Benfika” (Portuqaliya) - “İnter” (İtaliya)

“Mançester Siti” (İngiltərə) - “Bayern Münhen” (Almaniya)

“Milan” (İtaliya) - “Napoli” (İtaliya)

Yarımfinal:

“Milan” (İtaliya) - “Napoli” (İtaliya) cütünün qalibi - “Benfika” (Portuqaliya) - “İnter” (İtaliya) cütünün qalibi

“Real Madrid” (İspaniya) - “Çelsi” (İngiltərə) cütünün qalibi - “Mançester Siti” (İngiltərə) - “Bayern Münhen” (Almaniya) cütünün qalibi

Qeyd edək ki, 1/4 finalın oyunları 11-12 aprel və 18-19 aprel, 1/2 finalın matçları 9-10 may və 16-17 may, final görüşü isə 10 iyunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər