Qadın voleybolçular arasında Çempionlar Liqasının bütün iştirakçıları müəyyənləşib. Fanat.az хəbər verir ki, Azərbaycan turnirdə 3 klubla təmsil olunacaq.
2015/16 mövsümündə Çempionlar Liqasına 24 komanda qatılacaq. Ölkəmizi turnirdə "Telekom" (sabiq "Rabitə") və "Lokomotiv"lə yanaşı, "Azərreyl" təmsil edəcək. İlk iki komanda yarışa Super Liqadakı nəticələrinə görə qatılmaq hüququ qazanıb. Qitənin ən nüfuzlu yarışındakı digər komandamız isə "Azərreyl" isə "wild-card" üçün Avropa Voleybol Konfederasiyasına müraciət edib və müsbət cavab alıb.
Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi isə iyulun 2-də baş tutacaq.
Çempionlar Liqasında çıxış edəcək komandalar
"Telekom" (sabiq "Rabitə"), "Lokomotiv"(hər ikisi Azərbaycan), "Agel" (Çexiya), "Kann", "Rocheville" (hər ikisi Fransa), "Dresdner", "Ştutqart" (hər ikisi Almaniya), "Pomi Casalmaggiore", "Novara" (hər ikisi İtaliya), "Çemik", "Atom" (hər ikisi Polşa), "Alba Volley BLAJ" (Rumıniya), "Dinamo Kazan", "Dinamo Moskva", "Uraloçka" (hər üçü Rusiya), "Kamnik" (Sloveniya), "Vizura" (Serbiya), "Volero" (İsveç), "Fənərbaxça", "Vakifbank", "Əczaçıbaşı" (hər üçü Türkiyə).
"Wild-card" alan komandalar
"Azərreyl" (Azərbaycan), "Pyaçenza" (İtaliya), "Impel" (Polşa).
Fanat.az