Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu açıqlandı

Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmalarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, "Real Madrid"in 30 yaşlı qapıçısı Tibo Kurtuadır. 

Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu açıqlandı

Kurtua "Mançester Siti"ni 3:1 hesabı ilə yendikləri görüşdə 8 qurtarışla diqqət mərkəzinə düşüb.

"Real" Çempionlar Liqasının finalında "Liverpul"la qarşılaşacaq. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər