Çempionlar Liqası: Zaqreb "Dinamo"su pley-offa yüksəldi

Çempionlar Liqası: Zaqreb "Dinamo"su pley-offa yüksəldi

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib

Fanat.Az xəbər verir ki, 10 qarşılaşmanın hamısı eyni gündə baş tutub.

Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanda "Ferenstvaroş"la üz-üzə gəlib. 3:1 hesabı ilə qələbə qazanan Ağdam klubu turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

Moldova "Şerif"i Çexiyada "Viktoriya" (Plzen) kollektivinin qonağı olub. Hər iki oyunu 2:1 hesabı ilə qazanan Çexiya təmsilçisi pley-offda "Qarabağ"ın rəqibi olacaq. 

Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada Bolqarıstan "Lüdoqorets"ini sınağa çəkib. Millimizin hücumçusu ehtiyat oyunçular sırasından izlədiyi görüş komandasının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunları

9 avqust

"Jalgiris" (Litva) – “Budö/Qlimt” (Norveç) 1:1 İlk oyun – 0:3

“Apollon” (Kipr) – “Makkabi” (Hayfa, İsrail) 2:0 İlk oyun – 0:4

"Viktoriya" (Plzen, Çexiya) – "Şerif" (Moldova) 2:1 İlk oyun – 2:1

“Pünik” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya) 0:2 İlk oyun – 0:5

"Midtüllann" (Danimarka) – "Benfika" (Portuqaliya) 1:3 İlk oyun – 1:4

"Ferentsvaroş" (Macarıstan) – "Qarabağ" (Azərbaycan) 1:3 İlk oyun – 1:1.

"Dinamo" (Zaqreb, Xorvatiya) – "Ludoqorets" (Bolqarıstan) 4:2 İlk oyun – 2:1

PSV (Niderland) – "Monako" (Fransa) 3:2 (Əlavə vaxtda: 1:0) İlk oyun – 1:1.

“Şturm” (Avstriya) – “Dinamo” (Kiyev, Ukrayna) 1:2 (Əlavə vaxtda - 0:2) İlk oyun – 0:1

"Reyncers" (Şotlandiya) – "Yunion" (Belçika) 3:0 İlk oyun – 0:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər