Çempionlar Liqası: Yarımfinal oyunlarının yeri və vaxtı açıqlandı

Çempionlar Liqası: Yarımfinal oyunlarının yeri və vaxtı açıqlandı
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin görüşlərinin oyun cədvəli məlum olub.
 
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, PSJ (Fransa) – "Mançester Siti” matçı isə aprelin 28-də Parisdə keçiriləcək. Komandalar arasındakı cavab matçı bir həftə sonra – 5 mayda İngiltərədə olacaq.
"Real” (İspaniya) – "Çelsi” (İngiltərə) görüşü isə, aprelin 27-də Madriddə oynanılacaq. Komandalar arasındakı cavab matçı mayın 4-də, Londonda olacaq.
Qeyd edək ki, hər iki qarşılaşma saat 23:00-da start götürəcək.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər