Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək. Fanat.Az xəbər verir ki, yarımfinalın ilk cavab oyununda "Yuventus" "Monako"nu qəbul edəcək.
Turindəki "Yuventus Arena"da keçriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22.45-də başlayacaq. Matçı hollan Byorn Kuypersin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
"Yuventus" ilə oyunda 2:0 hesablı qələbə qazanıb və finala vəsiqənin bir addımlığındadı. "Monako" mərhələ adlamaq üçün səfər matçında ən azı 3 top fərqi ilə qalib gəlməlidi.
Qrupdan çıxdıqdan sonra oynadığı 5 matçda qapısını toxunulmaz saxlayan "Yuventus" "Barselona" ilə səfər oyunu xaric oynadığı bütün oyunlarda qələbə qazanıb. İtalyanların müdafiə Avropada ən güclülərdəndi. Amma bu dəfə qarşılarında 1/8 və 1/4 finalın səfər oyunlarının hərəsində 3 qol vurmağı bacaran "Monako" var. Fransa təmsilçisi ilk matçda da "Yuventus"un quru seriyasını bir neçə dəfə qırmağa yaxın olmuş, amma Buffon səddinə ilişmişdi.
Bu gecə qələbə qazanmaq məcburiyyətində olmayan "Yuventus"la itiriləcək bir şeyi olmayan "Monako"nu izləyəcəyik. İdeal vəziyyətdə "Yuventus"un top rəqibinə verib müdafiəyə çəkilməsi və əks-hücumlara bel bağlaması gözləniləndi. "Monako" isə ilk qolu vuraraq finala vəsiqəyə iddiasını ortaya qoya bilər. Bu gecəki oyunda hər iki komandanın qoluna (qol-qol) və "Monako"nun uduzmayacağına (2X) pul qoyuluşu etmək olar.
İki komanda 2014/15 mövsümündə 1/4 finalda qarşılaşıb və həmin matçlar 2,5 alt varitantı ilə başa çatıb. İki oyunda qapılara cəmi bir qol vurulub. Amma mövsüm vəziyyət fərqlidi. "Monako" hazırda Avropanın ən məhsuldar komandalarından biridi. Knyazlıq təmsilçisi həm qol vurur, həm də qapısında qol görür. Çempionlar Liqasında 21 dəfə rəqiblərini məyus edən fransızlar 18 dəfə özləri topu qapıdan çıxardıb. Liqa 1-də isə 98 qol vuran "Monako"lular 29 dəfə məyus olub. Radalem Falkao və Kilian Mbappenin liderlik etdiyi hücum xətti hazırda Avropanın ən yaxşılarındandı. Həmçinin "Monako" bu mövsüm evdə keçirdiyi 17 liqa matçının hamısında 2,5 üst oynayıb. Çempionlar Liqasının 8 matçından da 5-i 2,5 gəlib.
"Yuventus" evdə keçirdiyi heç bir avrokubok matçında Fransa klublarına yenilməyib. "Monako"nun "Yuventus"la səfərdə oynadığı iki matçda da uduzub.
İki komanda tarixində ikinci dəfə Çempionlar Liqasının yarımfinalında qarşılaşır. 1997/98 mövsümündə baş tutan iki qarşılaşmada "Yuventus" ümumilikdə 6:4 hesablı qələbə qazanaraq finala çıxmış və həlledici matçda "Real"a yenilmişdi.
"Yuventus" bu mövsüm "Real"la birlikdə Çempionlar Liqasında məğlub olmayan iki komandadan biridi. "Real" da hələlik məğlubiyyət acısı yaşamayıb.
"Yuventus" Çempionlar Liqasında evdə oynadığı 18 matçda məğlub olmayıb. Turin klubu sonuncu dəfə 2013-cü ilin aprelində "Bavariya"ya yenilib.
Çempionlar Liqası
Yarımfinal
Cavab oyunu
9 may
22.45 Yuventes (İtaliya) - Monako (Fransa)
Proqnoz: qol-qol (1.65), 2X (1.92)
Yuventus (gözlənilən heyət): Neto, Medhi Benatiya, Andrea Barzaqli, Leonardo Bonuççi, Stepan Lixtşteyner, Sami Kedira, Klaudio Marçisio, Kvadvo Asamoah, Qonzalo Hiquayn, Mario Mandzukiç, Paulo Dibala.
Monako (gözlənilən heyət): Daniel Subaşiç, Fabinyo, Yemerson, Andrea Raggi, Kamil Qlik, Nabil Dirar, Bernardo Silva, Tiemoue Bakayoko, Tomas Lemar, Radamel Fallao, Kilian Mbappe.
Hakimlər: Byorn Keypers, Sander van Rukel, Ervin Zeynstra, Mario Diks (Hollandiya).
Əlavə köməkçi hakimlər: Pol van Bukel, Danni Makkeli (Hollandiya).
Turin. "Yuventus Arena".
Fanat.Az