Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi

Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi

UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə Azərbaycan çempionu "Sabah"ın da rəqibi müəyyənləşib.

"Səpələnmişlər" səbətində yer alan "bayquşlar" tarixində ilk dəfə yarışacağı ÇL-də Uels təmsilçisi TNS-ə rəqib olub. 

Xatırladaq ki, birinci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər