Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq. 

Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da potensial rəqibini tanıyacaq. 

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 

Valdas Dambrauslasın baş məşqçisi olduğu ölkə çempionu ilk mərhələdə Uels təmsilçisi TNS-i hər iki görüşdə üstələyib (2:0, 2:1). "Bayquşlar" ikinci mərhələdə Finlandiya çempionu "KuPS"-a da şans verməyib (1:0, 2:0). Bakılılar üçüncü təsnifat mərhələsində Danimartka təmsilçisi "Orhus" ilə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin qalibləri Liqa mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələdə məğlub olan komandalar UEFA Avropa Liqasının Liqa mərhələsində  mübarizə aparacaqlar.

Xatırladaq ki, pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-u , cavab görüşləri 25-26-da keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər