Çempionlar Liqası: "Sabah" Uelsdə sınaq qarşısında

Çempionlar Liqası: "Sabah" Uelsdə sınaq qarşısında

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları start götürəcək. 

Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da növbəti sınağına çıxacaq. 

"Bayquşlar" səfərdə Uelsin TNS komandası ilə qarşılaşacaq. Bakıdakı ilk oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv növbəti mərhələyə yüksəlmək üçün üstünlüyünü qorumağa çalışacaq. 

Osvestri şəhərindəki "Park Hall" stadionunda keçiriləcək qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, mərhələni adlayacaq komanda növbəti raundda "Vardar" (Şimali Makedoniya) – "KuPS" (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası I təsnifat mərhələsi, cavab oyunu 14 iyul

21:30. TNS – "Sabah" Hakimlər: Mateu Buskets Ferrer, İniqo Prieto, Qonzalo Qarsiya, Miqel Anhel Ortis. Osvestri. "Park Hall". (ilk oyun - 0:2)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər