Çempionlar Liqası: "Sabah" pley-offa adlaya biləcək?

Çempionlar Liqası: "Sabah" pley-offa adlaya biləcək?

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri start götürür.

Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da bu gün həlledici qarşılaşmaya çıxacaq.

Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv ötən həftə səfərdə 1:2 hesabı ilə uduzduğu Danimarkanın "Orhus" komandasını qəbul edəcək.

"Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq. Matçı Fransadan olan Villi Delajo idarə edəcək.

"Bayquşlar" ilk oyundakı yenilginin revanşını almağa köklənib. Paytaxt təmsilçisi "Orhus"u mübarizədən kənarlaşdırmağı bacarsa, ÇL-in pley-offuna vəsiqə qazanmaqla yanaşı, Avropa Liqasının əsas mərhələsində iştirakını təmin edəcək.

UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu 11 avqust

20:00. Sabah – Orhus (Danimarka) Hakimlər: Villi Delajo, Ervan Finjan, Valentin Evrar, Erik Vattelye (hamısı Fransa). Masazır. "Bank Respublika Arena". (İlk oyun – 1:2)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər