Çempionlar Liqası: "play-off"da kimlər oynayacaq?

Çempionlar Liqası: "play-off"da kimlər oynayacaq?
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" III təsnifat mərhələsində Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq. Azərbaycan çempionu bu səddi keçsə, turnirin "play-off" mərhələsində mübarizə aparacaq.
Bu mərhələdə 20 komanda mübarizə aparacaq. Onlardan 15-i III təsnifat mərhələsinin qalibləri olacaq. Qalan 5 komanda isə birbaşa bu mərhələyə vəsiqə qazanıb. Belə ki, 2013/14 mövsümündə ölkə çempionatlarında qazandıqları nəticələrə uyğun olaraq İspaniyanın "Atletik", Almaniyanın "Bayer", Portuqaliyanın "Portu", İngiltərənin "Arsenal" və İtaliyanın "Napoli" klubları "play-off"da yarışmaq imkanı qazanıb. Amma "Qarabağ" bu komandalarla qarşılaşmayacaq. Çempionumuzun rəqəibi III təsnifat mərhələsindən gələnlərdən biri olacaq.
Qeyd edək ki, "play-off" mərhələsinin püşkü avqustun 8-də atılacaq. Mərhələnin ilk oyunları avqustun 19-20-də, cavab qarşılaşmaları ayın 26-27-də keçiriləcək. Mərhələnin 10 qalibi Çempionlar Liqasının, 10 məğlubu isə Avropa Liqasının qrup mərhələsinə düşəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər