Çempionlar Liqası: "Neftçi" ilk oyunda heç-heçə etdi

Çempionlar Liqası: "Neftçi" ilk oyunda heç-heçə etdi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu gün yeni mövsümdəki ilk matçına çıxıb. Komandamız ilk cəhdində Albaniya çempionu “Skenderbeu”nu mübarizədən kənarlaşdırmalıdı. Hansı ki, “Neftçi” kimi, bu komanda da son üç mövsümdə ardıcıl olaraq ölkə çempionu adını qazanıb. Növbəti mərhələyə adlamaq yolunda hər şeyə elə ilk oyunda - Bakıda aydınlıq gətirilməsi böyük əhəmiyyət daşıyırdı. Çünki “Skenderbeu” doğma divarlar arasında daha yaxşı təsir bağışlayır, nəinki səfərdə. Bu üzdən də “ağ-qaralar” qol buraxmamaq şərtilə rəqibinə mümkün qədər çox qol vurmalıydı. Amma təmsilçimiz qolsuz heç-heçə ilə meydandan ayrılıb.Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 23-də Korçedə keçiriləcək. Çempionlar Liqasıİkinci təsnifat mərhələsi (ilk oyun)17 iyul Neftçi – Skenderbeu - 0:0Baş hakim: Leontis Trattu (Cənubi Kipr)Bakı. “Bakcell Arena”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər