UEFA Çempionlar Liqasının 2013-2014 mövsümünün qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Fanat.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin "pley-off" mərhələsində mübarizə aparan 20 klub 10 iştirakçının adına aydınlıq gətirib.
"Play-off"dan sonra bu klublar qrupa vəsiqə qazanıb: Austria (Avstriya), Bazel (İsveçrə), Zenit (Rusiya), Milan (İtaliya), Real Sosyedad (İspaniya), Arsenal (İngiltərə), Styaua (Rumıniya), Şalke 04 (Almaniya), Viktoriya (Çexiya), Seltik (Şotlandiya).
22 klub isə ötən mövsüm milli çempionatlarda qazandıqları nəticələrə əsasən qrup mərhələsinə birbaşa vəsiqə qazanmışdı: Çelsi, Mançester Yunayted, Mançester Siti (hamısı İngiltərə), Barselona, Real, Atletiko (hamısı İspaniya), Bavariya, Borussiya (Dortmund), Bayer (hamısı Almaniya), Portu, Benfika (kisi də Portuqaliya), Olimpik (Marsel), PSJ (ikisi də Fransa), Yuventus, Napoli (ikisi də İtaliya), Ayax (Hollandiya), Qalatasaray (Türkiyə), Şaxtyor (Ukrayna), ÇSKA (Rusiya), Olimpiakos (Yunanıstan), Kopenhagen (Danimarka), Anderlext (Belçika).
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək.
Fanat.az