Çempionlar Liqası: Qrup mərhələsinə yüksələn 3 komanda bəlli oldu

Çempionlar Liqası: Qrup mərhələsinə yüksələn 3 komanda bəlli oldu

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə qrup mərhələsinə 3 vəsiqənin sahibi müəyyənləşib.

Çexiyada yerli "Viktoriya" (Plzen) "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

Portuqaliya "Benfika"sı Ukrayna "Dinamo"sunu (Kiyev) üstələyib. 

"Srvena Zvezda" isə Serbiyada ötən həftə İsraildə uduzduğu "Makkabi" (Hayfa) komandasından revanş almağa çalışıb. Lakin matç 2:2 hesabı ilə başa çatıb. İlk görüşdə 3:2 hesabı ilə qalib gələn İsrail təmsilçisi qrup mərhələsinə yüksəlib. 

Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də olacaq. Hələlik qrup mərhələsinin 32 iştirakçısından 26-sı məlumdur. Onlar UEFA reytinqində daha yüksək reytinqə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23 avqust

"Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan) 2:1 İlk oyun - 0:0

"Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail) 2:2 İlk oyun - 2:3

"Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) 3:0 İlk oyun - 2:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər