Çempionlar Liqası parçalanır: yeni liqa yaranır - Şok qərar

Çempionlar Liqası parçalanır: yeni liqa yaranır - Şok qərar

UEFA-nın Çempionlar Liqasının formatını dəyişdirməsi bir çox ölkədə etirazlara səbəb olub. Fanat.Az xəbər verir ki, futbol qurumunun İspaniya, Almaniya, İngiltərə və İtaliya klublarına əlavə üstünlük verməsi yeni liqanın yaranmasına səbəb ola bilər.

Belə ki, 2018/19 mövsümündən etirabən bu 4 ölkənin 4 klubu birbaşa Çempionlar Liqasının qrupuna vəsiqə qazanacaq. Bu qərara etiraz edən Belçika, Hollandiya, Şotlandiya, İsveç və Norveç kimi bir sıra ölkə yeni liqa qurmaq üçün fəaliyyətə başlayıb. Qurulacaq yeni turnir UEFA bayrağı altında keçrilməyəcək və bu liqada yarışacaq klublar milli çempionatlarında oynamayacaq, sadəcə bu turnirdə yarışacaq.

Danimarkanın "Kopenhagen" klubu artıq yeni liqanın yaradılması yönündə danışıqların başladığını elan edib. İddialara görə, Danimarka çempionatında çıxış edən bütün klubların iştirakı ilə keçrilən toplantıda UEFA turnirlərindən çıxmaqla bağlı qərar qəbul edilib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər