Çempionlar Liqası - NƏTİCƏLƏR

Çempionlar Liqası - NƏTİCƏLƏR

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunları başa çatıb. Fanat.az xəbər verir ki, ikinci oyun günündə 4 qrupda olmaqla 8 oyun keçirilib. Qarşılaşmaların bir neçəsində gözlənilməz hesab qeydə alınıb.

E qrupunda Joze Mourinyo ilə yenidən Çempionlar Liqasında qüvvəsini sınayan "Çelsi" doğma azarkeşlər önündə Bazeli qəbul edib. Portuqaliyalı mütəxəssisin komandası ilk görüşdə uğursuzluğa düçar olub - 1:2. Növbəti oyun isə Almaniyada baş tutub. "Şalke" öz meydanında "Steaua"nı 3 cavabsız qolla məğlub edib.

F qrupunda "Arsenal" səfərdə "Marsel"in qonağı olub. "Topçular" bu görüşdən qələbə ilə ayrılaraq aktivinə 3 xal yazmağı bacarıb - 1:2. Qrupun digər oyunu isə futbol azarkeşləri üçün gözlənilməz olub. Ötən mövsüm ÇL-in finalına qədər yüksələn Dortmund "Borussiya"sı İtaliyada "Napoli"yə 2:1 hesabı ilə məğlub olub.

G qrupunda "Avstriya" öz meydanında "Porto"nu sınağa çəkib və portuqaliyalılar minimal hesablı qələbə qazanıb. Madrid "Atletiko"su isə "Zenit"lə 3 xal uörunda mübarizə aparıb. 90 dəqiqənin sonunda sevinən tərəf Madrid təmsilçisi olub - 3:1.

H qrupunda isə daha maraqlı oyunlar qeydə alınıb. "Barselona" doğma stadionda "Ayaks"ı darmadağın edib. Kataloniyalıların 4:0 qələbə qazandığı oyunda Messi 3 dəfə adını tabloya yazdırıb. "San Siro"da isə "Milan" Şotlandiya "Seltik"inə yerini göstərib. "Qırmızı-qaralar" meydandan 2:0 hesablı qələbə ilə ayrılıb.

Çempionlar Liqası

Qrup mərhələi

I tur

18 sentyabr

E qrupu

Çelsi (İngiltərə) - Bazel (İsveçrə) 1:2 

Qollar: Oskar, 45 - Məhəmməd Salah, 71. Marko Streller, 81.

Şalke 04 (Almaniya) - Styaua (Rumıniya) 3:0 

Qollar: Atsuto Uçida, 67. Kevin-Prinse Boatenq, 78. Julian Draksler, 85.

F qrupu

Olimpik (Marsel, Fransa) - Arsenal (İngiltərə) 1:2 

Qollar: Cordan Ayev 90+3-pen - Teo Volkat, 65. Aaron Ramsey, 84.

Napoli (İtaliya) - Borussiya (Dortmund, Almaniya) 2:1

Qollar: Qonzalo Hiquain, 29. Lorenzo İnsinie, 67 - Xuan Kamilo Zunqia, 87 (avtoqol).

Qırmızı vərəqə: Roman Vaydonfeller, 45 (Borussiya).

G qrupu

Austria (Avstriya) - Portu (Portuqaliya) 0:1 

Qol: Luço Qonzales, 55.

Atletiko (İspaniya) - Zenit (Rusiya) 3:1 

Qollar: Miranda, 40. Arda Turan, 64. Leo Baptista, 80 - Halk, 58.

H qrupu

Barselona (İspaniya) - Ayaks (Hollandiya) 4:0 

Qollar: Lionel Messi, 22; 55; 75 - Cerard Pike, 69.

Milan (İtaliya) - Seltik (Şotlandiya) 2:0 

Qollar: Emilio İzaguirre, 82 (avtoqol). Sulley Əli Muntari, 85

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər