Çempionlar Liqası: “Milan” və “Bayern Münhen” də 1/4 finalda!

Çempionlar Liqası: “Milan” və “Bayern Münhen” də 1/4 finalda!

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində daha iki cavab qarşılaşması keçirilib.

Fanat.Az xəbər verir, ki, beləliklə 1/4 finalın növbəti iştirakçıları bəlli olub.

Gecənin ən prinsipial matçı Almaniyada reallaşıb. Fransadakı ilk görüşdə PSJ-yə 1:0 hesabı ilə qalib gələn "Bayern Münhen" üstünlüyünü doğma meydanda qorumağa çalışıb. Evdə daha inamlı hesabla qalib gələn Almaniya nəhəngi PSJ-ni mübarizədən kənarlaşdırıb. 

İtaliya "Milan"ı isə İngiltərədə "Tottenhem"in qonağı olub. İtaliyalılar da Milandakı ilk qarşılaşmada minimal hesablı qələbə qazanmışdılar - 1:0. Cavab görüşündə qapılara qol vurulmadığından, İtaliya təmsilçisi növbəti mərhələyə yüksələn tərəf olub.

Qeyd edək ki, daha əvvəl Portuqaliyanın "Benfika" və İngiltərənin "Çelsi" komandaları 1/4 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası 1/8 final, cavab oyunları 8 mart

"Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya) 0:0 Baş hakim: Klemen Türpin (Fransa) İlk oyun - 0:1 London, "Tottenhem Hotspur" stadionu.

"Bayern Münhen" (Almaniya) - PSJ (Fransa) 2:0 Qol: E.Şupo-Motinq, 61. S.Qnabri, 89. Baş hakim: Daniele Orsato (İtaliya) İlk oyun - 1:0 "Münhen Futbol Arenası".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər