Çempionlar Liqası: Mahir məğlubiyyətə baxdı, "Milan"ı "kötəklədilər" - YENİLƏNDİ

Çempionlar Liqası: Mahir məğlubiyyətə baxdı, "Milan"ı "kötəklədilər" - YENİLƏNDİ

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qruplarında 8 görüş reallaşıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası - Xorvatiya "Dinamo"su  Avstriyada "Zaltsburq"un qonağı olub. Mahirin sonadək ehtiyatda qaldığı matç Zaqreb təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. E qrupunun digər matçında isə "Çelsi" İngiltərədə "Milan"ı qəbul edib və darmadağına sevinib.

F qrupunda turnirin son qalibi "Real Madrid" Donetsk "Şaxtyor"unun müqavimətini çətinliklə qırıb. "Layptsiq" öz meydanında "Seltik" üzərində inamlı qələbəyə sevinib.

G qrupunda "Mançester Siti" "Kopenhagen"i darmadağın edibsə, "Sevilya" evdə Dortmund "Borussiya"sına böyük hesabla uduzub.

H qrupunda "Yuventus" Hayfa "Makkabi"sinin sürpriz etməsinə imkan verməyib. "Benfika" isə evdə PSJ ilə qollu bərabərliyə nail olub.

 

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

5 oktyabr

E qrupu

Zaltsburq (Avstriya) - Dinamo (Zaqreb, Xorvatiya) 1:0 Qol: Okafor, 71.

Çelsi (İngiltərə) - Milan (İtaliya) 3:0 Qollar: Fofana, 24. Obameyanq, 56. R.Ceyms, 62.

Xal: Zalsburq – 5. Çelsi – 4. Milan – 4. Dinamo – 3.

F qrupu

Layptsiq (Almaniya) - Seltik (Şotlandiya) 3:1 Qollar: Nkunku, 27. A.Silva, 64; 77 – Jota, 47.

Real Madrid (İspaniya) - Şaxtyor (Donetsk, Ukrayna) 2:1 Qollar: Rodriqo, 13. Vinisius, 28 – Zubkov, 39.

Xal: Real – 9. Şaxtyor – 4. Leyptsiq – 3. Seltik – 1.

G qrupu

Mançester Siti (İngiltərə) - Kopenhagen (Danimarka) 5:0 Qollar: Holand, 7; 32. Xoçolava, 39-öz qapısına. Mahrez, 55-pen. X.Alvares, 76.

Sevilya (İspaniya) - Borussiya Dortmund (Almaniya) 1:4 Qollar: En Nesiri, 51 – R.Gerrero, 6. Bellingem, 41. Adeyemi, 43. Brandt, 75.

Xal: Mançester Siti – 9. Borussiya – 6. Sevilya – 1. Kopenhagen – 1.

H qrupu

Yuventus (İtaliya) - Makkabi (Hayfa, İsrail) 3:1 Qollar: Rabyo, 35; 83. Vlahoviç, 50 – David, 75.

Benfika (Portuqaliya) - PSJ (Fransa) 1:1 Qollar: Danilo, 41-öz qapısına – Messi, 22.

Xal: PSJ – 7. Benfika – 7. Yuventus – 3. Makkabi - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər