Çempionlar Liqası: Mahir Emrelinin komandası növbəti mərhələyə adladı

Çempionlar Liqası: Mahir Emrelinin komandası növbəti mərhələyə adladı

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo Zaqreb" klubu Şimali Makedoniyada "Şkupi"nin qonağı olub. Səfərdə minimal hesablı qələbə qazanan Emrelinin komandası adını növbəti mərhələyə yazdırıb. Zaqrebdə 2:2 hesablı heç-heçə ilə başa çatmış ilk oyunu zədə səbəbindən buraxan Mahir cavab matçında da meydana çıxmayıb.

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin digər cavab oyunları iyulun 27-də keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda 3:2 hesabı ilə məğlub etdiyi "Sürix"lə İsveçrədə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası II təsnifat mərhələsi, cavab oyunları 26 iyul

AEK (Larnaka, Kipr) - "Midtüllann" (Danimarka) 1:1 (penaltilər seriyası - 3:4) İlk oyun - 1:1

"Şerif" (Moldova) - "Maribor" (Sloveniya) 1:0 İlk oyun - 0:0

"Viktoriya" (Plzen, Çexiya) - HİK (Finlandiya) 5:0 İlk oyun - 2:1

"Düdelanj" (Lüksemburq) - "Pünik" (Ermənistan) 1:4 İlk oyun - 1:0

"Şkupi" (Şimali Makedoniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 0:1 İlk oyun - 2:2

"Şemrok Rovers" (İrlandiya) - "Lüdoqorets" (Bolqarıstan) 2:1 İlk oyun - 0:3

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər