Çempionlar Liqası: "Liverpul" "Vilyarreal"ın işini iki dəqiqəyə bitirdi 

Çempionlar Liqası: "Liverpul" "Vilyarreal"ın işini iki dəqiqəyə bitirdi 

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Fanat.Az xəbər verir ki, 1/2 final mərhələsinin ikinci matçında İngiltərə "Liverpul"u İspaniya "Vilyarreal"ı ilə üz-üzə gəlib.  

"Enfild" stadionunda baş tutan görüşdə qələbəni meydan sahibləri bayram edib. İngilislər ikinci hissənin əvvəlində qısa zaman kəsiyində vurduqları qollarla inamlı qələbə qazanıblar.   Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.

Qeyd edək ki, yarımfinalın ilk oyununda "Mançester Siti" "Real Madrid"ə qalib gəlib - 4:3.

UEFA Çempionlar Liqası Yarımfinal, iİlk oyun 28 aprel

"Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) 2:0 Qollar: Estupinan, 53-öz qapısına, Mane, 55 Baş hakim: Şimon Marçinyak (Polşa) Liverpul. "Enfild" stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər