Çempionlar Liqası: ilk xoşbəxtlər

Çempionlar Liqası: ilk xoşbəxtlər
Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki. cavab oyunları çərçivəsində 4 qarşılaşma baş tutub.
 
Keçirilən qarşılaşmalar II təsnifat mərhələsinə qatılacaq son komandaları müəyyənləşdirib. TNS ilk matçda olduğu kimi cavab qarşılaşmasında da qalib gəlib. Uels çempionu növbəti mərhələdə Macarıstan “Videaton”u ilə görüşəcək.
 
Evdə əldə etdiyi minimal fərqli qələbəni qorumalı olan Ermənistan “Pünik” vəzifəsindən öhdəsindən artıqlaması ilə gəlib. Mənfur qonşularımız ilk oyunda olduğu kimi bu dəfə də 2:1 hesablı qələbə qazanıb. "Pünik" “Molde” ilə qarşılaşacaq.
 
Digər iki cütdə ilk oyun qolsuz bitdiyindən hər şey bu gün həll olunub. Andorrada əzmkar qələbə qazanan "Linkoln" Danimarka “Midtülland”ı ilə qarşılaşacaq. Estoniyadakı cütün qalibi "Kruzaders" isə Albaniya “Skenderbeu”su ilə üz-üzə gələcək.
 
Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
 
Levadiya (Estoniya) - Kruzaders (Şimali İrlandiya) 1:1
Qol: Luts, 22 - Karvill, 4.
İlk oyun - 0:0. 
Santa Koloma (Andorra) - Linkoln (Cəbəllütariq) 1:2
Qol: Lima, 44 - Bardon, 48. Kasiaro, 64.
İlk oyun - 0:0.
 
TNS (Uels) - B-36 (Farer adaları) 4:1
Qol: Vilde, 15; 27; 47. Villiams, 89 - Siesleviç, 90.
İlk oyun - 2:1.
 
Folqor (San Marino) - Pünik (Ermənistan) 1:2
Qol: Traini, 66 - Hovanisyan, 6. Satumyan, 44.
İlk oyun - 1:2.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər