Çempionlar Liqasında 2015/16 mövsümünə start verilirb Fanat.az хəbər verir ki, bu gecə I təsnifat mərhələsində ilk oyunlar keçirilib.
Mərhələnin 4 oyunundan 3-ü bu gecə baş tutub. "Qarabağ"ın azad olduğu mərhələdə qitənin ən zəif reytinqə sahib olan ölkələrinin çempionları, o cümlədən Ermənistan təmsilçisi meydana çıxıb.
Düşmən ölkəni təmsil edən "Pünik" San Marino çempionu "Folqor"ı qəbul edib. Çempionlar Liqasında 2015/16 mövsümünün ilk oyunu ermənilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər qarşılaşmalarında "Linkoln" "Santa Koloma"nı, "Kruzaders"i "Levadiya"nı qəbul edib. Hər iki oyun 0:0 hesabı ilə bitib.
Qeyd edək ki, I təsnifat mərhələsinin son oyunu sabah "B-36 Torshavn" (Farer adaları) - TNS (Uels) arasında baş tut
Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
30 iyun
Pünik (Ermənistan) - Folqor (San-Marino) 2:1
Qollar: Vardges Satumyan, 45+2. Sezar Romero, 48 - Jose Hirş, 71.
Qırmızı vərəqə: Fabio Keşi, 71.
Linkoln (Cəbəllütariq) - Santa Koloma (Andorra) 0:0
Kruzaders (Şimali İrlandiya) - Levadiya (Estoniya) 0:0
Fanat.az