Çempionlar Liqasının qrup mərhələsində I turun ən yaxşı oyunçusu müəyyənləşib. İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah bu ada layiq görülüb.
25 yaşlı misirli futbolçu həftənin ən yaxşı oyunçusu nominasiyasında Lionel Messi (“Barselona”), Neymar (PSJ), Kriştiano Ronaldo (“Real”), Harri Keyn (“Tottenhem”), Tayson (“Şaxtyor”), Romelu Lukaku (“Mançester Yunayted”) və Xames Rodrigesi (“Bavariya”) qabaqlayıb.
Qeyd edək ki, M.Salah “Liverpul”un İspaniya təmsilçisi “Sevilya” ilə 2:2 hesabı ilə heç-heçə etdiyi görüşdə bir qol vurub.
Fanat.Az