Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb. Fanat.az xəbər verir ki, ən yaxşı "11-liy"də "Real"ın üstünlüyü var.
Belə ki, ötən axşam səfərdə "Şalke 04"ü 6:1 hesabı ilə yenən "Kral Klubu"nun 5 üzvü rəmzi komandaya düşüb. "Çelsi" ilə 1:1 oynayan "Qalatasaray"dan və "Zenit"i 4:2 hesabı ilə yenən "Borussiya"nın 2, "Mançester Yunayted"ə qalib gələn (2:0) "Olimpiakos"un bir üzvü seçilib.
Roberto (Olimpiakos, Yunanıstan), Daniel Karvajal (Real, İspaniya), Serxio Ramos (Real), Aurelien Çedyu (Qaqalatsaray, Türkiyə), Aleks Telles (Qalatasaray, Türkiyə), Qaret Beyl (Real, İspaniya), Angel Di Maria (Real, İspaniya), Henrik Mkitaryan (Borussiya Dortmund, Almaniya), Kriştiano Ronaldo (Real, İspaniya), Robert Levandowski (Borussiya Dortmund, Almaniya), Kərim Benzema (Real, İspaniya).
Fanat.az