Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər

Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər

Çempionlar Liqasında II turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Xəbərə görə, bu ada Almaniya "Bavariya"sından Leroy Sane, Portuqaliya "Benfika"sından Darvin Nunyes, İtaliya "İnter"indən Milan Şkrinyar və Moldova "Şerif"inin qapıçısı Yorqos Atanasiadis iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər