Çempionlar Liqası: "Fənər" İstanbulda üzüldü

Çempionlar Liqası: "Fənər" İstanbulda üzüldü

Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” “Sürix”in qonağı olub. Bakıdakı ilk matçda 3:2 hesablı qələbə qazanan "köhlən atlar" cavab qarşılaşmasında  rəqibi ilə məhsuldar heç-heçə edərək adını növbəti mərhələyə yazdırıb.

“Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərindən “Ferentsvaroş” qonaq qismində Slovakiya “Slovan”ı (Bratislava) qarşılaşıb. İlk oyunda Slovakiya təmsilçisi qalib gəlmişdi – 2:1. İkinci dueldə Macarıstan çempionu darmadağına sevinərək “Qarabağ”a rəqib olub.

“Fənərbağça” Türkiyədə Ukraynanın “Dinamo” (Kiyev) klubunu sınağa çəkib. Komandalar arasındakı ilk oyunda hesab açılmamışdı. Üç qolun qeydə alındığı cavab matçında isə Kiyev təmsilçisi sevinən tərəf olub.

Bu komandalarla yanaşı, “Budyo Qlimt” (Norveç), “Jalgiris” (Litva) və “Makkabi” (Hayfa, İsrail) də növbəti mərhələyə yüksəlib.

UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunları 27 iyul

Budyo Qlimt (Norveç) – Linfild (Şimali İrlandiya) 8:0 İlk oyun – 0:1

Sürix (İsveçrə) – Qarabağ (Azərbaycan) 2:2 İlk oyun – 2:3

Malmö (İsveç) – Jalgiris (Litva) 0:2 İlk oyun – 0:1

Fənərbağça (Türkiyə) – Dinamo (Kiyev, Ukrayna) 1:2 İlk oyun – 0:0

Slovan (Bratislava, Slovakiya) – Ferentsvaroş (Macarıstan) 1:4 İlk oyun – 2:1

Olimpiakos (Yunanıstan) – Makkabi (Hayfa, İsrail) 0:4 İlk oyun – 1:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər