Çempionlar Liqası: Emrelinin komandasından heç-heçə

Çempionlar Liqası: Emrelinin komandasından heç-heçə

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

Ölkəmizi turnirdə təmsil edən "Qarabağ" Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edib.

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" isə Xorvatiyada Şimali Makedoniyanın "Şkupi" kollektivi ilə qarşılaşıb. Emrelinin iştirak etmədiyi görüş 2:2 hesabı ilə başa çatıb.

UEFA Çempionlar Liqası III təsnifat mərhələsi İlk oyunlar

19 iyul

"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) 3:2  "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) 0:1 "Jalgiris" (Litva) - "Malmö" (İsveç) 1:0 "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) 3:0 "Midtüllann" (Danimarka) - AEK (Larnaka, Kipr) 1:1 "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) 1:0 "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) 2:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər