Çempionlar Liqası: daha 5 klub 1/8 finalda

Çempionlar Liqası: daha 5 klub 1/8 finalda
Çempionlar Liqasında V tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma baş tutub.
 
E qrupunda “Tottenhem”i qəbul edən “Monako”qalib gəlməklə, 1/8 finala vəsiqəni təmin edib. ÇSKA - "Bayer" duelində isə qalib müəyyənləşməyib. Almaniya klubu bu heç-heçə ilə ikinciliyi təmin edib.
 
F qrupunda baş tutan “Borussiya” (Dortmund) - “Legiya” qarşılaşmasında rekord qeydə alınıb. Belə ki, ÇL-in qrup mərhələsinin oyununda ən çox - 12 qol vurulub (8:4). Portuqaliyada "Sportinq"in qonağı "Real" isə minimal hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.
G qrupunda məğlubiyyətsiz irəliləyən “Lester” autsayder “Brügge”ni məğlub edərək 1/8 finala adlayıb. Danimarkada “Kopenhagen”in qonağı olacaq “Portu” isə heç-heçəyə razılaşıb.
 
Günün mərkəzi görüşü “Ramon Sançes Pisxuan” stadionunda keçirilib. H qrupunda yer alan “Sevilya” ilə “Yuventus” qrup liderini müəyyən etmək üçün münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə hesabı meydan sahibləri açsa da,“qoca sinyora” 3 qol vurmaqla, növbəti mərhələyə vəsiqəni təmin edib. Digər vəsiqənin taleyinə isə səfərdə  Zaqreb “Dinamo”sunu məğlub edən "Lion"la  "Sevilya"nın duelində aydınlıq gələcək.
Qeyd edək ki, IV turdan sonra A qrupunda “Arsenal” (İngiltərə) və PSJ (Fransa), D qrupunda “Atletiko” (İspaniya) ilə “Bavariya” (Almaniya), həmçinin F qrupunda çıxış edən “Borussiya” (Dortmund) adını 1/8 finala yazdırıb.
Çempionlar Liqası
Qrup mərhələsi
V tur, 22 noyabr
E qrupu
21.00 ÇSKA (Moskva, Rusiya) - Bayer (Almaniya) 1:1
23.45 Monako (Fransa) - Tottenhem (İngiltərə) 2:1

1

Monako

5

3

2

0

9-4

11

2

Bayer

5

1

4

0

5-4

7

3

Tottenhem

5

1

1

3

3-5

4

4

ÇSKA

5

0

3

2

4-8

3

F qrupu
23.45 Borussiya (Dortmund, Almaniya) - Legiya (Polşa) 8:4
23.45 Sportinq (Portuqaliya) - Real (İspaniya) 1:2

1

Borussiya D

5

4

1

0

19-7

13

2

Real

5

3

2

0

14-8

11

3

Sportinq

5

1

0

4

5-7

3

4

Legiya

5

0

1

4

8-24

1

 
G qrupu
23.45 Lester (İngiltərə) - Brügge (Belçika) 2:1
23.45 Kopenhagen (Danimarka) - Portu (Portuqaliya) 0:0

1

Lester

5

4

1

0

7-1

13

2

Portu

5

2

2

1

4-3

8

3

Kopenhagen

5

1

3

1

5-2

6

4

Brügge

5

0

0

5

2-12

0

H qrupu
23.45 Sevilya (İspaniya) - Yuventus (İtaliya) 1:3
23.45 Dinamo (Zaqreb, Xorvatiya) - Olimpik (Lion, Fransa) 0:1

1

Yuventus

5

3

2

0

9-2

13

2

Sevilya

5

3

1

1

7-3

10

3

Olimpik L

5

2

1

2

5-3

7

4

Dinamo Z

5

0

0

5

0-13

0

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər