Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazandı

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazandı

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Fanat.Az xəbər verir ki, 4 qrupda keçiriləcək 8 oyundan sonra pley-offun daha 5 iştirakçısı bəlli olub. 

E qrupunda  "Çelsi" (İngiltərə) səfərdə "Zalsburq"a (Avstriya) 2:1 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqəni təmin edib.

Qrupun digər matçında Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su evdə "Milan"a (İtaliya) darmadağınla uduzub - 0:4.

Mahir Emreli bir neçə gün əvvəl virusa yoluxsa da, adı ehtiyat oyunçular sırasında olub. Lakin 25 yaşlı hücumçu matçı sonadək kənardan izləyib. 

G qrupunda Dortmund "Borussiya"sı (Almaniya) öz meydanında "Mançester Siti" (İngiltərə) ilə qolsuz heç-heçə edərək, adını pley-offa yazdırıb.

H qrupunda isə Fransa PSJ-si və Portuqaliya "Benfika"sı növbəti mərhələyə adlayıblar. 

Çempionlar Liqası Qrup mərhələsi, V tur

25 oktyabr

E qrupu

"Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2 Qollar: Çikvubuyke Adamu, 49 - Mateo Kovaçiç, 23. Kay Haverts, 64

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya) - 0:4 Qollar: Matteo Qabbiya, 39. Rafael Leao, 50. Olivye Jiru, 59-pen, Robert Lyubiçiç, 69-avtoqol.

Xal durumu: "Çelsi" - 10, "Milan" - 7, "Zaltsburq" - 6, "Dinamo" - 4

F qrupu

"Seltik" (Şotlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:1 Qollar: Giorqos Giakumakis, 34 - Mixail Mudrik, 58

"Layptsiq" (Almaniya) - "Real Madrid" (İspaniya) - 3:2 Qollar: Yoşko Qvardiol, 13. Kristofer Nkunku, 18. Timo Verner, 81 - Vinisius Junior, 44. Rodriqo, 90+3-pen.

Xal durumu: "Real Madrid" - 10, "Leyptsiq" - 9, "Şaxtyor" - 6, "Seltik" - 2

G qrupu

"Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 3:0 Qollar: Yussef En-Neseri, 61. İsko, 88. Qonsalo Montiel, 90+2

"Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0

Xal durumu: "Mançester Siti" - 10, "Borussiya" - 7, "Sevilya" - 5, "Kopenhagen" - 2

H qrupu

PSJ (Fransa) - "Makkabi" (Hayfa, İsrail) - 7:2 Qollar: Lionel Messi, 19; 45. Kilian Mbappe, 32; 64. Neymar, 35. Şon Qoldberq, 67-avtoqol, Karlos Soler, 84 - Abdulaye Sek, 38; 50

"Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya) - 4:3 Qollar: Antoniu Silva, 17, Joau Mariu, 28-pen, Rafa Silva, 35; 50 - Moyze Kin, 21. Arkadiuş Milik, 77. Ueston Makkenni, 79

Xal durumu: PSJ - 11, "Benfika" - 11, "Yuventus" - 3, "Makkabi" - 3

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bayern Münhen", İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları pley-off vəsiqəni təmin ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər