Çempionlar Liqası: "Borussiya" Parisi susdurub finala yüksəldi 

Çempionlar Liqası: "Borussiya" Parisi susdurub finala yüksəldi 

Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın cavab oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

PSJ Fransada Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayıb. Görüşü italiyalı Daniele Orsato idarə edib.

Dortmunddakı matçda 1:0 hesablı qələbə qazanan "arılar" səfərdə də Fransa nəhəngini yenərək adlarını finala yazdırıblar.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cavab oyununda "Real" İspaniyada "Bayern"i sınağa çəcək. Münhendəki qarşılaşmada heç-heçə (2:2) qeydə alınıb.

UEFA Çempionlar Liqası Yarımfinal mərhələsi, cavab oyunu 7 may

PSJ – Borussiya Dortmund 0:1 

Qol: Hummels, 50. İlk oyun - 0:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər