Çempionlar Liqası: "Beşiktaş" uduzdu, "Şerif" Madridi fəth etdi 

Çempionlar Liqası: "Beşiktaş" uduzdu, "Şerif" Madridi fəth etdi 

Bu gün Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Niderlandın "Ayaks" komandasının qonağı olub. İstanbullular 2 cavabsız qolla uduzub. 

Qrupun digər görüşündə  Almaniyanın "Borussiya" (Dortmund) Portuqaliya öz meydanında "Sportinq"ini sınağa çəkib. Matç "arılar"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunda yer alan, heyətini Serxio Ramos, Lionel Messi kimi futbolçularla gücləndirən Fransa PSJ-si turnirin son finalçısı "Mançester Siti"ni qəbul edib. Messinin rəqib qapısına yol tapdığı qarşılaşma parislilərin inamlı zəfəri ilə bitib. Qrupun digər duelində  Almaniya "Laypsiq"i evdə Belçika təmsilçisi "Brügge"yə boyun əyib.

B qrupunda "Milan" İtaliyada "Atletiko"ya (Madrid)  yenilibsə,  "Liverpul" səfərdə "Portu"nu qol yağışına tutub.

D qrupunda gecənin ən gözlənilməz nəticəsi qeydə alınıb. "Real Madrid" "doğma divarlar arası"nda "Şerif"ə yenilib. Bu mövsüm Çempionlar Liqasında adından söz etdirən Moldova təmsilçisi qrup liderliyini möhkəmləndirib. Donetsk "Şaxtyor"u isə Ukraynada İtaliya "İnter"iylə heç-heçəyə razılaşıb.

Çempionlar Liqası Qrup mərhələsi, II tur 28 sentyabr

A qrupu

PSJ (Fransa) – Mançester Siti (İngiltərə) 2:0 Qollar: Qeye, 8. Messi, 74.

Layptsiq (Almaniya) – Brügge (Belçika) 1:2 Qollar: Nkunku, 5 – Vanaken, 22. Rits, 41.

S   Komanda O Q H M V B F X
1   PSJ 2 1 1 0 3 1 +2 4
2   Brügge 2 1 1 0 3 2 +1 4
3   Mançester Siti 2 1 0 1 6 5 +1 3
4   Laypsiq 2 0 0 2 4 8 -4 0

 

   1/8 final         Avropa Liqası

 

B qrupu

Portu (Portuqaliya) – Liverpul (İngiltərə) 1:5 Qollar: Taremi, 75 – Salah, 18; 60. Mane, 45. Firmino, 77; 83.

Milan (İtaliya) – Atletiko (İspaniya) 1:2 Qollar: Leao, 20 – Qrizmann, 84. Suares, 90+4-pen.  

S   Komanda O Q H M V B F X
1   Liverpul 2 2 0 0 8 3 +5 6
2   Atletiko Madrid 2 1 1 0 2 1 +1 4
3   Portu 2 0 1 1 1 5 -4 1
4   Milan 2 0 0 2 3 5 -2 0

 

   1/8 final         Avropa Liqası

 

C qrupu

Ayaks (Niderland) – Beşiktaş (Türkiyə) 2:0 Qollar: Berqeys, 17. Haller, 43.

Borussiya (Dortmund, Almaniya) – Sportinq (Portuqaliya) 1:0 Qol: Malen, 37.

S   Komanda O Q H M V B F X
1   Ayaks 2 2 0 0 7 1 +6 6
2   B. Dortmund 2 2 0 0 3 1 +2 6
3   Beşiktaş 2 0 0 2 1 4 -3 0
4   Sportinq 2 0 0 2 1 6 -5 0

 

   1/8 final         Avropa Liqası

 

D qrupu

Şaxtyor (Donetsk, Ukrayna) – İnter (İtaliya) 0:0

Real Madrid (İspaniya) – Şerif (Moldova) 1:2 Qollar: Benzema, 65-pen – Yaxşıbayev, 25. Till, 90.  

S   Komanda O Q H M V B F X
1   Şerif 2 2 0 0 4 1 +3 6
2   REAL Madrid 2 1 0 1 2 2 0 3
3   İnter 2 0 1 1 0 1 -1 1
4   Şaxtyor 2 0 1 1 0 2 -2 1

 

   1/8 final         Avropa Liqası

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər