Avrokuboklarda 2016/17 mövsümünə start verilib. Fanat.az xəbər verir ki, bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Bu mərhələdə 4 qarşılaşma baş tutub. Avropanın 8 ən aşağı reytinqli ölkəsinin - Estoniya, Cəbəllütariq, Uels, San Marino, Andorra, Ermənistan, Malta və Farer adalarının çempionları iki oyunun nəticəsinə görə II təsnifat mərhələsinə vəsiqə qazanacaq 4 komandanı müəyyənləşdirəcək.
İlk oyunlarda "Flora" "Linkoln"u, TNS "Tre Penne"ni 2:1, "Valletta" "Torshavn"ı 1:0 hesabı ilə yenib. Ermənistan "Alaskert"i səfərdə "Santa Koloma" ilə "sülh" bağlayıb - 0:0.
Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
28 iyun
Flora (Estoniya) - Linkoln (Cəbəllütariq) 2:1
Qollar: Rauno Alliku, 35. Rauno Sappinen, 49 - Yosep Çipolina, 57.
Valletta (Malta) - Torshavn (Farer adaları) 1:0
Qol: Falkone Federiko, 69.
TNS (Uels) - Tre Penne (San Marino) 2:1
Qollar: Skott Quigley, 13. Ceymi Mullan, 40 - Fraternali, 16.
Santa Koloma (Andorra) - Alaskert (Ermənistan) 0:0
Fanat.az