Çempionlar Liqası: Azərbaycan təmsilçisi Yunanıstan klubu ilə qarşılaşacaq

Çempionlar Liqası: Azərbaycan təmsilçisi Yunanıstan klubu ilə qarşılaşacaq
Futzal üzrə Çempionlar Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.
Fanat.Az xəbər verir ki, koronavirus pandemiyası üzündən ilk dəfə yeni formatda keçiriləcək turnirin ilkin mərhələsinin cütləri bəlli olub.
Bu raundda yarışacaq 46 komanda 23 cüt təşkil edib. Azərbaycan çempionu "Araz” Yunanıstanın AEK klub ilə qarşılaşacaq.
Noyabrın 24-29-da keçiriləcək mərhələnin cütləri bir matçda qalibi müəyyənləşdirəcək. Naxçıvan təmsilçisi bu görüşü səfərdə keçirəcək.
Qeyd edək ki, 23 cütün qalibi və ilkin mərhələdən azad olan 9 komanda 1/16 finalda mübarizə aparacaq. Bu mərhələnin püşkü dekabrın 4-də, oyunları 2021-ci il yanvarın 12-17-də keçiriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər