Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanan klubunların ümumi dəyəri müəyyənləşib. Fanat.az "Transfermarkt"a istinadən xəbər verir ki, 16 klubun ümumi təyəri təxminən 5 milyard 230 milyon avrodu.
1/8 finala çıxan ən dəyərli klub "Real"dı. Heyətində Kriştiano Ronaldo və Qaret Beyl kimi ulduzlar olan Madrid klubunun 583 milyon 500 min avro dəyəri var. "Kral Klubu"nu əzəli rəqibi "Barselona" izləyir - 582 milyon 300 min avro.
Türkiyənin "Qalatasaray" klubunun qiyməti 157 milyon 350 min avrodu. "Cim-Bom" siyahıda yalnız "Bayer"lə "Olimpiakos"u qabaqlayır.
Real (İspaniya) - 583.500.000 avro
Barselona (İspaniya) - 582.300.000 avro
Mançester Siti (İngiltərə) - 472.750.000 avro
Çelsi (İngiltərə) - 458.750.000 avro
Bavariya (Almaniya) - 487.200.000 avro
Mançester Yunayted (İngiltərə) - 405.000.000 avro
PSJ (Fransa) - 361.250.000 avro
Arsenal (İngiltərə) - 355.500.000 avro
Borussiya (Almaniya) - 293.800.000 avro
Atletiko (İspaniya) - 255.000.000 avro
Milan (İtaliya) - 219.500.000 avro
Zenit (Rusiya) - 205.000.000 avro
Şalke 04 (Almaniya) - 184.300.000 avro
Qalatasaray (Türkiyə) - 157.350.000 avro
Bayer (Almaniya) - 137.100.000 avro
Olimpiakos (Yunanıstan) - 72.150.000 avro
Fanat.az