Çempionlar Liqasının 1/8 final mərhələsində çıxış edəcək klubların qış fasiləsində transferlərə xərclədiyi məbləğ müəyyənləşib. Fanat.az xəbər verir ki, 16 komanda qışda yeni oyunçulara 155 milyon avro sərf edib.
Ən çox transfer edən klub isə "Qalatasaray" olub. 1/8 finalda "Çelsi" ilə qarşılaşacaq İstanbul klubu heyətinə 9 yeni oyunçu qatıb.
Bu klublar Çempionlar Liqasında yeni transferlərinin heç də hamısının xidmətindən yararlana bilməyəcək. Bunun əsas səbəbi onların cari mövsümdə əvvəlki klublarının heyətində turnirdə oynamasıdı. Bəzi yeni oyunçuları isə baş məşqçilər sifariş ərizəsinə salmağı lazım bilməyib.
Xuan Mata (oynamayacaq)
44,73 milyon avroya "Çelsi"dən "Mançester Yunayted"ə keçib
Nemanya Matiç (oynamayacaq)
25 milyon avroya "Benfika"dan "Çelsi"yə keçib
Yohan Kabaye (oynayacaq)
20 milyon avroya "Nyukasl"dan PSJ-yə keçib
Salomon Rondon (oynayacaq)
18 milyon avroya "Rubin"dən "Zenit"ə keçib
Məhəmməd Salah (oynamayacaq)
13,2 milyon avroya "Bazel"dən "Çelsi"yə keçib
Aleks Telles (oynayacaq)
6,15 milyon avroya "Qremio"dan "Qalatasaray"a keçib
İzet Hayroviç (oynayacaq)
3,5 milyon avroya "Qrasşopper"dən "Qalatasaray"a keçib
Koray Günter (oynamayacaq)
2,5 milyon avroya "Borussiya"dan (Dortmund) "Qalatasaray"a keçib
Hernan Peres (oynayacaq)
2,5 milyon avroya "Vilyarreal"dan "Olimpiakos"a keçib
Miloş Jojiç (oynayacaq)
2,2 milyon avroya "Partizan"dan "Borussiya"ya (Dortmund) keçib
Lukas Ontivero (oynamayacaq)
2 milyon avroya "Feniks"dən "Qalatasaray"a keçib
Dieqo Ribas (oynayacaq)
1,5 milyon avroya "Volfsburq"dan "Atletiko"ya keçib
Ernesto Sosa (oynayacaq)
1,5 milyon avroya "Metallist"dən (Xarkov) "Atletiko"ya keçib
Oğuzhan Kayar (oynamayacaq)
750 min avroya "Manisaspor"dan "Qalatasaray"a keçib
Kim Kallstrom (oynayacaq)
750 min avroya "Spartak"dan (Moskva) "Arsenal"a keçib (icarə)
Veysel Sarı (oynamayacaq)
700 min avroya "Eskişəhərspor"dan "Qalatasaray"a keçib
Umut Gündoğan (oynamayacaq)
550 min avroya "Bucaspor"dan "Qalatasaray"a keçib
Pele (oynamayacaq)
440 min avroya "Erqotelis"dən "Olimpiakos"a keçib
Adil Rami (oynayacaq)
400 min avroya "Valensiya"dan "Milan"a keçib
Adel Taarabt (oynayacaq)
400 min avroya QPR-dən "Milan"a keçib
Guillermo Burdisso (oynayacaq)
250 min avroya "Boka Xuniors"dan "Qalatasaray"a keçib
Aleksandr Ryazantsev (oynamayacaq)
Azad agent kimi "Rubin"dən "Zenit"ə keçib
İvan Markano (oynayacaq)
Transfer haqqı ödənmədən "Rubin"dən "Olimpiakos"a keçib
Mixael Essyen (oynayacaq)
Transfer haqqı ödənmədən "Çelsi"dən "Milan"a keçib
Keysuke Honda (oynamayacaq)
Transfer haqqı ödənmədən ÇSKA-dan (Moskva) "Milan"a keçib
Andres Quardado (oynayacaq)
Transfer haqqı ödənmədən "Valensiya"dan "Bayer"ə keçib
Fanat.az