Çempionlar Liqasının qrup mərhələsində mübarizə başa çatıb. Fanat.az xəbər verir ki, VI turun oyunlarından sonra 1/8 finala vəsiqə qazanan bütün komandalar müəyyənlənib.
Növbəti mərhələyə ən çox alman klubları vəsiqə qazanıb. Bundesliqadan Çempionlar Liqasına vəsiqə qazanan 4 komandanın hamısı 1/8 finala çıxıb. İngiltərə və İspaniyanın 3, İtaliyanın 2, Fransa, Rusiya, Yunanıstan və Türkiyənin 1 klubu mərhələ adlayıb.
Daha 8 komanda Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə əldə edib.
Çempionlar Liqası, 1/8 final
Qrup qalibləri: "Mançester Yunayted" (İngiltərə), "Real" (İspaniya), PSJ (Fransa), "Bavariya" (Almaniya), "Çelsi" (İngiltərə), "Arsenal" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Atletiko" (İspaniya), "Barselona" (İspaniya).
Qrup ikinciləri: "Bayer" (Almaniya), "Qalatasaray" (Türkiyə), "Olimpiakos" (Yunanıstan), "Mançester Siti" (İngiltərə), "Şalke 04" (Almaniya), "Zenit" (Rusiya), "Milan" (İtaliya).
Avropa Liqası, 1/16 final
"Şaxtyor" (Ukrayna), "Yuventus" (İtaliya), "Benfika" (Portuqaliya), "Viktoriya" (Çexiya), "Bazel" (İsveçrə), "Napoli" (İtaliya), "Portu" (Portuqaliya), "Ayaks" (Hollandiya).
Fanat.az